İspaniyanın “Barselona” və Argentinanın “Boka Xuniors” komandaları əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona kubokunda üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Mrsool Park” stadionunda təşkil olunan qarşılaşma Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Boka Xuniors” 4:2 hesabıyla qalib gəlib.

Xatırladaq ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu müxtəlif illərdə həm “Boka Xuniors”un, həm də “Barselona”nın formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp