Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Emil Balayev əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı qolkiperin əməliyyatı Almaniyada baş tutub.

Qarın nahiyəsində yırtıq əmələ gələn futbolçunun əməliyyatı uğurlu alınıb. Qapıçı bu səbəbdən ölkə başçısı ilə görüşdə də iştirak edə bilməyib. Sabah Premyer Liqanın 15-ci turu çərçivəsində baş tutacaq “Zirə” ilə matçda iştirak edə bilməyəcək qapıçı yalnız yanvarda komandaya qoşula biləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp