Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb. O, 369 dəqiq ötürmə ilə 5-ci pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində 494 ötürmə ilə Niderlandın “Alkmaar” komandasının müdafiəçisi Bruno Martins İndi yer alıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandası ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp