“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı “Lids”ə 7:0 hesabıyla qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, bu qələbə “şəhərlilər” və baş məşqçi Xosep Qvardiola üçün əlamətdar olub.

Belə ki, Mançester təmsilçisi ən böyük hesablı qələbələrindən birinə imza atıb. Daha öncə bu komandanın ən böyük hesablı qələbəsi 2019-cu ildə “Uotford”la oyunda qeydə alınmışdı – 8:0. Mançesterlilər 2013-cü ildə də “Norviç Siti”yə məhz 7:0 hesabıyla qalib gəlmişdilər.

“Mançester Siti” bu il 33-cü qələbəsini qazanıb. Bununla da sözügedən komanda “Liverpul”un rekordunu təkrarlayıb. Mersisayd təmsilçisi bir təqvim ilində 33 qələbəni 1982-ci ildə qazanmışdı.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da yeni rekorda imza atıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada 500-cü qolu vurub. “şəhərlilər” buna 207-ci görüşdə çatıb.

Əvvəlki rekord “Liverpul”a rəhbərlik edən Yurgen Kloppa məxsus idi. Son ölkə çempionu almaniyalı mütəxəssislə 234 qarşılaşmada 500 dəfə fərqlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp