“Benfika”nın futbolçusu Nikolas Otamendinin evi qarət olunub.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, soyğunçular argentinalı müdafiəçinin evinə girərək, onun əlini bağlayıb və evi qarət edib.

Qarətçilərin 4 nəfərdən ibarət olduğu bildirilir. Onlar Otamendinin evindən 250 min funt-sterlinqlik bir saat, qızıl və pul oğurlayıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp