Əlcəzairin futbol üzrə 2-ci liqasında keçirilən “Oran” – “Saida” matçında bədbəxt hadisə baş verib.

Futbolinfo.az xəbər verir ki, matçda “Saida”nın futbolçusu Lukar infarkt keçirib.

“Oran” – “Saida” matçının ilk hissəsində qonaq komandanın 28 yaşlı kapitanı Lukar komandasının qapıçısı ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.

Daha sonra 35-ci dəqiqədə anidən yerə yıxılan Lukarın infarkt keçirdiyi məlum olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Shares: