“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan Marsel “Olimpik”inin (Fransa) futbolçusu Arkadiuş Milik klubu tərk edə bilər.
Futbolinfo.az xəbər verir ki, polşalı hücumçu İtaliyanın “Yuventus” klubuna keçə bilər. Bu barədə “TuttoJuve” portalı məlumat yayıb.
Xəbərdə, “Yuventus”un Miliki mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib. Turin təmsilçisi yaxın zamanda 27 yaşlı futbolçu üçün Marsel klubu ilə danışıqlara başlayacaq.
Milik bu mövsüm “Olimpik”lə 15 oyunda 5 qol vurub.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində məhz Marsel “Olimpik”i ilə üz-üzə gələcək.