Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyib. Hesabında 1391 xalı olan milli komandamız cədvəldə hazırda 14-cü sırada qərarlaşıb.

AÇ-2022-nin final mərhələsindəki rəqiblərimizdən Bosniya və Herseqovina 8 pillə irəliləyib. Hazırda bu komanda 1217 xalla 28-cidir. Gürcüstan yığması isə üç pillə irəliləyib. 1199 xalı olan qonşularımız 31-ci pillədə qərarlaşıblar.

Millimizin yer aldığı D qrupunun əsas favoriti olan İspaniya yığması isə reytinq siyahısında liderdir. Bu komandanın 1791 reytinq xalı var. Siyahının növbəti iki pilləsində müvafiq olaraq Braziliya (1780) və Argentina (1741) yığmaları qərarlaşıb.

Shares: