“Transfermarkt” portalı İngiltərə Premyer Liqasının ən dəyərli futbolçularının adlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, çempionatda çıxış edən ən bahalı futbolçular “Liverpul”dan Məhəmməd Salah, “Çelsi”dən Romelu Lukaku və “Tottenhem”dən Harri Keyndir. Hər üç oyunçunun dəyəri 100 milyon avrodur.

Premyer Liqanın ən bahalı 4-cü oyunçusu “Mançester Yunayted”dən Bruno Fernandes, 5-ci isə “Mançester Siti”dən Kevin de Bruynedir. Hər iki yarımmüdafiəçinin qiyməti 90 milyon avro göstərilib.

Shares: