Polşanın “Legiya” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade ilə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı xəbər yayıb.

Varşava klubu 28 yaşlı kabo-verdeli futbolçunu qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir. Məlumata görə, “Qarabağ” yaxşı təklif qarşılığında Andradenin “Legiya”ya keçidində maraqlıdır.

Andrade 2020-ci ilin yayından “Qarabağ”ın formasını geyinir. O, bu mövsüm 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də forma geyinir.

Shares: