Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Keçiörengücü” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.