Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, 20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” matçları nəzərdə tutulan vaxtda keçirilməyəcək.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib.

Hər iki oyunun dekabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdu. Son həftələrdə Premyer Liqada demək olar hər turda azı 3-4 oyun koronavirusa görə təxirə salınır. Bu matçların nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.

Shares: