“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi “Olimpik” (Marsel, Fransa) klubunda baş məşqçi Xorxe Sampaoli ilə yollar ayrıla bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, Marsel klubunun rəhbərliyinin komandanın sərgilədiyi oyundan və Avropa Liqasındakı uğursuzluqdan narazı olduğu bildirilib.

“Olimpik” rəhbərliyi argentinalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verə bilər.

Marsel təmsilçisi Liqa 1-də mövsümün ilk dövrəsini 3-cü sırada bitirib. Fransa klubu Avropa Liqasında qrup mərhələsini 3-cü sırada bitirib və Konfrans Liqasına vəsiqə əldə edib.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Fransada “Olimpik”lə qarşılaşacaq. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Shares: