“Keşlə” dörd futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Anatole Abanq və Nicat Qurbanov ilə müqavilələrin müddəti başa çatıb. Con Kamara və Omar Qudiabi ilə müqaviləyə də qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub rəhbərliyi futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib və onların hər birinə karyeralarında uğurlar arzulayıb.

Shares: