Fransanın “Lans” klubunun futbolçusu Fakundo Medina saxlanılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Argentinalı oyunçunun sevgilisinə zorakılıqda ittiham olunduğu iddia edilir. Fakundo dekabrın 25-də sevgilisi ilə mübahisə edib və ona fiziki güc tətbiq edib.

Argentinalı müdafiəçi bu mövsüm Fransa Liqa 1-də 16 oyuna çıxıb.

Shares: