Braziliya təmsilçisi “Kruzeyro”nun yeni sahibi Ronaldo Nazario klubun FİFA-ya olan borcunu ödəyəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Serjio Rodriqes İspaniya mətbuatına açıqlamasında deyib.
O, Ronaldonun “Kruzeyro”nun FİFA-ya olan 7.7 milyon avro borcunu bağlayacağını bildirib.
Braziliyalı keçmiş hücumçu bir müddət əvvəl klubun səhmlərinin 90 faizini alıb.
“Kruzeyro”nun ümumi borcu isə 115 milyon dollardır.