Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Kayserispor” doğma meydanda “Sivasspor”la qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

“Beşiktaş” isə “Konyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu dəfə minimal hesabla məğlub olub.

Türkiyə Super Liqası
19-cu tur
25 dekabr

Kasımpaşa – Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.

Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.

Qalatasaray – Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.

Trabzonspor – Başakşəhər 0:0

26 dekabr

Rizəspor – Qaziantep 0:1
Qol: Maksim, 44-pen.

Alanyaspor – Fatih Karagümrük 1:1
Qol: E.Bekiroğlu, 54 – Peşiç, 70.

Göztəpə – Adana Dəmirspor 1:1
Qol: Rassul, 78-öz qapısına – Balotelli, 16.

Fənərbaxça – Yeni Malatyaspor 2:0
Qol: Novak, 10. Pelkas, 73.

27 dekabr

Kayserispor – Sivasspor 3:0
Qol: Qavranoviç, 9; 17. Tiam, 23.

Konyaspor – Beşiktaş 1:0
Qol: Koka, 90.

Shares: