İspaniyanın “Barselona” komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müdafiəçilər Dani Alveş və Kleman Lanqlenin COVID-19 testinin nəticəsi pozitiv olub. Hər iki futbolçu komandadan təcrid olunub və karantinə alınıb.
“Barselona” növbəti oyununu yanvarın 2-də “Malyorka”ya qarşı keçirəcək. Koronavirusa yoluxmuş futbolçular La Liqa çərçivəsində baş tutacaq bu qarşılamada meydana çıxa bilməyəcəklər.