Fransa Futbol Federasiyasının İntizam Komitəsi “Paris” və “Olimpik” (Lion) komandaları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıblar. Bu üzdən “Nitsa” birbaşa 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, “Paris” – “Olimpik” (Lion) matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılmışdı. Baş verənlərlə əlaqədar Lion təmsilçisi 52 min avro cərimələnib, azarkeşlərin cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirakına qadağa qoyulub. “Paris” klubu isə 10 min avro cərimələnib. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma “Şarleti” stadionunda keçirə bilməyəcək.

Shares: