“Keşlə”nin futbolçusu Azər Salahlı “Neftçi” ilə anlaşıb. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.
O bildirib ki, qış fasiləsindən sonra “ağ-qaralar”ın heyətində çıxış edəcək.
Qeyd edək ki, Salahlı “Keşlə”nin öz yetirməsi olsa da, vaxtilə “Qarabağ” və “Sumqayıt”da da çıxış edib. O, 2018-ci ildə yenidən “Keşlə”yə qayıtmışdı. 27 yaşlı müdafiəçi Azərbaycan millisinə də dəvət alır.