Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada keçiriləcək “Olimpik” (Marsel) – “Qarabağ” matçını məhdud sayda azarkeş izləyə bilər.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlər səbəb göstərilir.

Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.

“Qarabağ” Marsel təmsilçisi ilə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Shares: