İspaniyanın “Luqo” klubunun prezidenti Tino Saques baxışda olan Eddi İsrafilovla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi, Eddinin Azərbaycandan yaxşı təklif aldığını söyləyib. O, yarımmüdafiəçinin “Luqo”da qalmayacağını bildirib.
Eddi İsrafilovun adı “Neftçi” klubu ilə hallanır.
29 yaşlı yarımmüdafiəçi bu ilin yayından klubsuzdur. O, Azərbaycan milli komandasında 13 oyuna çıxıb.