Azərbaycanda son sutkada 376 nəfər koronavirusa yoluxub. Son sutkada 887 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib. 10544 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8787, bu günə qədər isə ümumilikdə 5 832 974 test icra olunub.