İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Andrey Şevçenko koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Genuya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Sonuncu COVİD-19 testi pozitiv çıxmış ukraynalı mütəxəssis karantinə alınıb. Təcrid müddəti bitənədək komandanı məşqlərə onun köməkçisi Mauro Tassotti çıxaracaq.

Şevçenkodan əvvəl “Cenoa”nın kapitanı Domeniko Krişitonun da koronavirus testi pozitiv çıxıb.

Şevçenko bu ilin noyabrından “Cenoa”ya rəhbərlik edir.

Shares: