Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az “Corriere Torino” nəşrinə istinadən xəbər verir ki, De Byazi, Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı hədəfindən danışıb:

“Yeni il üçün ilk hədəfimiz UEFA Millətlər Liqası olacaq. Məqsədimiz qrupu ilk iki pillədə başa vurmaqdır. Biz bunu bacara bilərik”.

Vaxtilə “Torino” klubunda baş məşqçilik edən De Byazi “Bu klubun futbolçusuna Azərbaycan pasportu verə bilsəydiz, kimi seçərdiniz” sualını da cavablandırıb:

“Sayları çox olardı. Amma mən Qleyson Bremer deyirəm. O, sözsüz ki, məhsuldarlığı baxımından A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir. Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur”.

Shares: