Futbol üzrə Paraqvay millisinin sabiq hücumçusu Roke Santa Krus özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, 40 yaşlı futbolçu ölkəsinin “Olimpiya” klubunu yerli “Libertad”a dəyişib.

Bu barədə onun yeni klubu məlumat yayıb. Lakin təcrübəli forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Roke Santa Kruz karyerası ərzində Almaniyanın “Bayern”, İngiltərənin “Blekbern”, “Mançester Siti”, İspaniyanın “Betis” və “Malaqa”, Meksikanın “Krus Asul” klublarının da formasını geyinib. Hücumçu 2016-cı ildən yetirməsi olduğu “Olimpiya”da çıxış edirdi. O, Paraqvay yığmasında keçirdiyi 112 oyunda 32 qol vurub.

Shares: