PSJ-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu, “yanvarda “Real”a keçəcəksənmi” sualına belə cavab verib:

“Hazırda gələcəyim haqda danışmağın vaxtı deyil. Bütün diqqətim fevral və martda Çempionlar Liqasında “Real”a qarşı keçirəcəyimiz oyunlardadır. Dəqiq olan odur ki, mövsümün sonuna qədər Parisdə qalacam. Yanvarda “Real”a keçməyəcəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp