“Roman Bürki ilə bağlı “Qarabağ”dan və ya Azərbaycanda hər hansı bir klubdan təklif almamışıq”. Bunu futbolinfo.az-a açıqlamasında Dortmund “Borussiya”sının isveçrəli qapıçısı Roman Bürkinin agenti Yurq Von Matt deyib.

O bildirib ki, Almaniya mətbuatında yazılanlar sadəcə şaiyədir: “Bild” nəşrinin belə xəbər verməsinə inanmadım, çünki həqiqətən yalandır. Ona görə də sizə başqa bir şey deyə bilməyəcəm. Azərbaycan mənim xoşuma gəlir və gözəl ölkədir. Yayda Avro-2020-nin oyunlarına görə Bakıda oldum. İnsanları və şəhər haqqında yüksək fikir yarandı”.

Qeyd edək ki, dünən Almaniya mətbuatı “Borussiya”nın qapıçısı Roman Bürkü üçün “Qarabağ”ın təklif göndərdiyini və onu mövsümün sonuna qədər icarəyə götürdüyünü yazmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp