“Neftçi” yarımmüdafiəçi Fəhmin Muradbəylini icarəyə verib. Futbolinfo.az xəbər verir ki, anlaşmaya əsasən, 25 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə” klubunda çıxış edəcək.

Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp