“Barselona”nın futbolçusu Osman Dembele evlənib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, Dembelenin bir neçə gün əvvəl ailə həyatı qurduğu bildirilib. Fransalı hücumçunun toyu Mərakeşdə olub.

Dembele xoş gününə “Barselona” klubundan heç kimi dəvət etməyib. Onun ümumiyyətlə, evlənəcəyi haqda kluba məlumat vermədiyi bildirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp