İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
39 yaşlı ispaniyalı mütəxəssis komandadan təcrid olunub və karantinə alınıb. O, Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutacaq “Mançester Siti” ilə ev oyununda texniki zonada yer almayacaq. Sözügedən matç yanvarın 1-də “Emireyts” stadionunda keçiriləcək.