AFFA Qarabağ Dirçəliş Fonduna (QDF) 15 300 manat ianə edib.

Futbolinfo.az xəbər verir ki, sözügedən qurumla QDF arasında sentyabrın 13-də imzalanmış “Anlaşma Memorandumu”na əsasən, Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsində keçirildiyi bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 faizi Fondun bank hesabına köçürülüb.

Bu, sözləşmənin bağlandığı tarixdən sonra baş tutmuş qarşılaşmalara şamil edilib.

Shares: