“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun Hindistanın Qoa əyalətində heykəli qoyulub.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun heykəlinin ucaldılması yerli əhali tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, Hindistanın İANS agentliyinə danışan bir etirazçı Ronaldonun heykəlinin qoyulmasına belə münasibət bildirib:

“Ronaldonun heykəlinin qoyulması məndə xəyal qırıqlığı yaşatdı. Gəncləri ilhamlandırmaq üçün onun əvəzinə yerli bir futbolçunun heykəli qoyulmalı idi. Samir Naik və Bruno Koutinyo kimi yerli oyunçularımızla qürur duymalı, onları örnək göstərməliyik”.

Ronaldonun heykəlinin açılışı zamanı etirazçıların bir qismi ağ bayraq qaldırıb.

Shares: