Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Mançester Yunayted” doğma meydanda “Bernli” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Lids” – “Aston Villa”, “Arsenal” – “Vulverhempton” və “Everton” – “Nyukasl” matçları komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr

Kristal Pelas – Norviç Siti 3:0
Qol: Eduard, 8-pen. Mateta, 38. Şlupp, 42.

Sauthempton – Tottenhem 1:1
Qol: Uord-Prauz, 25 – Keyn, 41-pen.

Uotford – Vest Hem 1:4
Qol: Dennis, 4 – Souçek, 27. Benrahma, 29. Noble, 58-pen. Vlaşiç, 90+2.

Lester Siti – Liverpul 1:0
Qol: Lukman, 59.

29 dekabr

Çelsi – Brayton 1:1
Qol: Lukaku, 28 – Uelbek, 90+1.

Brentford – Mançester Siti 0:1
Qol: Foden, 16.

30 dekabr

Mançester Yunayted – Bernli 3:1
Qol: Maktominay, 8. Mi, 27-öz qapısına. Ronaldo, 35 – Lennon, 38.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp