İtaliyanın “Napoli” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, Neapol təmsilçisinin hücumçusu Viktor Osimhenin koronavirus testinin nəticəsi pozitiv olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumçunun səhhəti yaxşıdır və o, karantinə alınıb.

“Napoli”də daha əvvəl Fabian Ruis və İrvinq Losanoda koronavirus aşkarlanmışdı.

Shares: