İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Kloppda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssisin sonuncu COVİD-19 testinin pozitiv çıxdığı bildirilir. Bu üzdən o, sabah baş tutacaq “Çelsi” ilə Premyer Liqa matçında texniki zonada yer ala bilməyəcək.

Shares: