Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Arsenal” doğma meydanda lider “Mançester Siti”ni qəbul edib. Üç qolun qeydə alındığı matç “şəhərlilər”in qələbəsiylə yekunlaşıb.

“Tottenhem” “Uotford” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Kristal Pelas” isə “Vest Hem”in müqavimətini qırmağa çalışıb. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Lester Siti” – “Norviç Siti” və “Sauthempton” – “Nyukasl” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən baş tutmayacaq.

İngiltərə Premyer Liqası
21-ci tur
1 yanvar

Arsenal – Mançester Siti 1:2
Qol: Saka, 31 – Mahrez, 57-pen. Rodri, 90+3.

Uotford – Tottenhem 0:1
Qol: D.Sançes, 90+6.

Kristal Pelas – Vest Hem 2:3
Qol: Eduard, 83. Olise, 90 – M.Antonio, 22. Lanzini, 25; 45+5.

2 yanvar

18:00. Brentford – Aston Villa
18:00. Lids – Bernli
18:00. Everton – Brayton
20:30. Çelsi – Liverpul

3 yanvar

21:30. Mançester Yunayted – Vulverhempton

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp