Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Qremio”dan Vandersonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Fransa mətbuatının xəbərinə görə, “Monako” Vanderson üçün “Qremio”ya 11 milyon avro ödəyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp