Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Mançester Yunayted” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyundan minimal hesabla məğlub ayrılıblar.

Bu tur keçirilməli olan “Lester Siti” – “Norviç Siti” və “Sauthempton” – “Nyukasl” matçları təxirə salınıb. Buna sözügedən komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəb olub.

İngiltərə Premyer Liqası
21-ci tur
1 yanvar

Arsenal – Mançester Siti 1:2
Qol: Saka, 31 – Mahrez, 57-pen. Rodri, 90+3.

Uotford – Tottenhem 0:1
Qol: D.Sançes, 90+6.

Kristal Pelas – Vest Hem 2:3
Qol: Eduard, 83. Olise, 90 – M.Antonio, 22. Lanzini, 25; 45+5.

2 yanvar

Brentford – Aston Villa 2:1
Qol: Vissa, 42. Rasmussen, 83 – İnqs, 16.

Lids – Bernli 3:1
Qol: Harrison, 39. Dallas, 77. D.Ceyms, 90+1 – Korne, 54.

Everton – Brayton 2:3
Qol: Qordon, 53; 76 – Makallister, 3; 71. Börn, 21.

Çelsi – Liverpul 2:2
Qol: Kovaçiç, 42. Pulişiç, 45+1 – Mane, 9. Salah, 26.

3 yanvar

Mançester Yunayted – Vulverhempton 0:1
Qol: Moutinyo, 82.

Shares: