İngiltərənin “Çelsi” klubu müdafiəçi Tyaqo Silva ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı oyunçu ilə 1 illik yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, braziliyalı müdafiəçi 2022/23 mövsümünün sonuna qədər “zadəganlar”ın uğurları üçün çalışmağa davam edəcək.

Silva 2020-ci ilin yayından “Çelsi”nin uğurları üçün çalışır. O, London təmsilçisində indiyə qədər 56 oyun keçirib.

Shares: