Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, o, Portuqaliya çempionatının 13-cü turundan təxirə salınmış “Moreyrense” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və əzmkar qələbə qazanıb – 2:1. Renat bu matçın 84-cü dəqiqəsində meydana buraxılıb.

“Tondela” 16 turdan sonra 15 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Shares: