Fransanın “Monako” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Filipp Klemana tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Kleman son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb. O, “Monako”da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.