İspaniyanın “Barselona” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisində yeni transfer Ferran Torres və yarımmüdafiəçi Pedrinin COVID-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların səhhətinin yaxşı olduğu və evdə karantinə alındıqları diqqətə çatdırılıb.
“Barselona” “Mançester Siti”dən transfer etdiyi Torresi dünən ictimaiyyətə təqdim etmişdi.
Kataloniya təmsilçisində daha öncə 10 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.