Yunanıstanın “Aris” klubu Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə maraqlanır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Aris”in heyətini yeni hücumçu ilə gücləndirmək istədiyi və Mahirin namizədlər arasında olduğu bildirilib.

Mahir Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Amma o, sözügedən klubdan ayrılmağa qərar verib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Varşava təmsilçisi yanvarın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına başlayacaq. Mahir isə komanda ilə birgə bu səfərə yollanmayacaq. Buna səbəb kimi azərbaycanlı futbolçunun Plotsk “Visla”sı ilə oyundan (0:1) sonra baş vermiş insidentin baş verməsi göstərilib.

Hazırda futbolçu ailəsi və meneceri ilə birgə “Legiya”dan ayrılmağın yolları haqqında düşünür. Klub onun ayrılmaq istəyinə qarşı çıxsa, o zaman tərəflərin məhkəməyə üz tutması da istisna olunmur. Hazırda tərəflər arasında danışıqlar davam edir.

İndiki məqamda hansısa klubun Mahiri transfer etməsi hər iki tərəf üçün münasib variant hesab olunur. Amma polşalı həmkarlarımız hələlik Emreli üçün “Legiya”ya konkret təkliflə müraciət etmədiyini bildirirlər.

Xatırladaq ki, məlum insident zamanı Mahir Emreli və komanda yoldaşı Lukinyas azarkeşlər tərəfindən döyülmüşdü. Məhz həmin gündən bəri millimizin üzvü həm məşqlərdə, həm də oyunlarda iştirak etmirdi. Son dövrlərdə onun Macarıstanın “Ferentsvaroş” klubuna keçəcəyinə dair xəbərlər də dolaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp