“Atletiko” klubu futbolçusu Anxel Korrea ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb.

Korrea 2015-ci ildən “Atletiko”da çıxış edir. O, bu mövsüm 25 oyunda 7 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp