Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi ABŞ-ın “Dallas” klubundan Rikardo Pepini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Auqsburq” Pepi üçün MLS təmsilçisinə 20 milyon dollar ödəyib. 18 yaşlı amerikalı hücumçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Pepi MLS klubundan Avropaya transfer olunan ən bahalı futbolçu olub.

Shares: