Türkiyənin “Beşiktaş” klubunda koronavirusa yeni yoluxma qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən ikisinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanlardan birinin texniki heyətdən, digərinin isə futbolçu olduğu bildirilib.

“Beşiktaş” yanvarın 5-də Qətərin Doha şəhərində Türkiyə superkuboku çərçivəsində “Antalyaspor”la qarşılaşacaq. İstanbul təmsilçisi yanvarın 1-də daha bir oyunçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp