Futbol üzrə İtaliya millisinin və Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qapıcının təcrid olunduğu bildirilir. Əvəzində ispaniyalı futbolçu Xuan Bernatın koronavirus testi mənfi çıxıb. Onun yanvarın 5-dən məşqləri bərpa edəcəyi diqqətə çatdırılıb.

Shares: