“Bayern”in daha iki futbolçusunda koronavirus aşkarlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Belə ki, Leroy Sane və Dayo Upamekanonun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçunun səhhəti yaxşıdır və onlar karantinə alınıb.

Bundan əvvəl Münhen təmsilçisinin 6 oyunçusu koronavirusa yoluxub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp