Polşanın “Legiya” klubunun idman direktoru Yatsek Zelinski azərbaycanlı hücumçu Mahir Emrelinin toplanışa qatılmamasına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, klub rəsmisi Emrelinin “Legiya” ilə olan müqaviləsini xatırladıb: “Onun bizimlə müqavilə öhdəliyi var”.

Zelinski bildirib ki, sözləşməyə əsasən, Mahir dekabrın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdır.

Bir müddət əvvəl azarkeşlərin hücumuna məruz qalan digər oyunçu Lukinyas isə Emrelidən fərqli olaraq, plan üzrə toplanışa qatılıb.

“Legiya” bu gün təlim-məşq toplanışına start verib. İlk gündə hansısa məşq planlaşdırılmayıb. Son ölkə çempionunun futbolçuları sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesinə yollanmamışdan əvvəl koronavirus testlərindən keçib. Hazırda Türkiyədə olan Emrelinin toplanışa getmə ehtimalı azdır. Mahir “Legiya” azarkeşlərinin özü də daxil olmaqla bir neçə futbolçuya hücum etməsundən sonra klubla müqaviləsinin ləğv edilməsini istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp